Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Uşaq-Gənclər İnkişaf Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş yığıncaqlar keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov, qurultay nümayəndələri Malik Ələsgərov və Nailə Məmmədova iştirak ediblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi ilə xüsusi siyasi məzmun daşıyır. Qurultayda qeyd edilən fikirlər və qarşıya qoyulan vəzifələr ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli ideoloji prioritetlərin ön plana çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin Vətənə sədaqət və dövlətçilik ruhunda tərbiyəsi, eləcə də milli həmrəyliyin daha da gücləndirilməsi qarşıdakı dövrün prioritetləri kimi diqqət mərkəzindədir.