27 oktyabr 2026 10:18
147

Gənclər siyasəti dövlət üçün həmişə prioritetdir

Dövlət müstəqilliyinin bərpası Azərbaycanda milli-mənəvi dəyərlərin daha əhatəli, xalqın sa­bah­larına daha sədaqətli yaşadılması üçün bütün siyasi qadağaları, maneələri, çətinlikləri aradan qal­dırdı, Vətən məfhumu öz tarixi və qanuni mahiyyətinə qaytarıldı. Dövlət gənc vətəndaşlarının azər­­baycançılıq ideologiyası ilə, milli-mənəvi dəyərlər əsasında formalaşmasını daxili siyasətinin başlıca istiqamətlərindən biri elan etdi. Azərbaycanda siyasi vəziyyət kəskinləşəndə, separatçılıq dövlətin parçalanması, vətəndaş qarşıdurması, dövlətçiliyin itirilməsi təhlükəsi yaradanda böyük ta­rixi şəxsiyyət Heydər Əliyev xalqın ciddi tələbi ilə Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra  bu pro­ses daha da sürətləndi, dönməzləşdi...

Gənclərin bir dövlət qurumu ətrafında birləşməsinin, bu birləşmənin dövlətin nə­zarəti və hi­­ma­­yəsi ilə təşkilatlanmasını, gənclərin milli-mənəvi dəyərlər əsasında müasirliyin müəyyənləş­dir­diyi səviyyədə formalaşdırılmasını təmin etməyin, onların dövlət quruculuğunda daha fəal iştirakının zə­ru­riliyinin siyasi ma­hiy­­yətinə əsaslanan dahi rəhbər 1994-cü il iyulun 26-da Gənclər və İdman Na­zir­liyinin yaranması haqqıında fərman imzaladı. Bu Fərman Azərbaycanda yeni dövr üçün gənc­lər siyasətinin başlanğıcı oldu. 

Azərbay­can Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncamla 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi. Forum Gənclər və İdman Nazirliyinin yaradılmasının məntiqi davamı kimi gənclərin siyasi fəallığının, bu fəallığın dövlətçi­li­yə, dövlətə sədaqətə əsaslandığını, milli-mənəvi dəyərlərimizdən qaynaqlandığının qü­ru­runu da yaşatdı. Ulu Öndər Forumda çıxışında dedi ki, “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Res­publikasının gələcək yolu kimi qəbul etməlidir”. Forumda çıxışında gənclərə tariximizi, dilimizi, milli dəyər­lə­ri­mi­zi yax­şı bilməyi də xatırladan böyük tarixi şəxsiyyətin Azərbaycana sev­gi aşılayan bu ideoloji (və bə­şəri!) tövsiyəsi də gənclərin azərbay­can­çı­lıq məfkurəsinin işığında for­ma­laşmasının mənəvi yol gös­tə­rəni oldu. 

Azərbaycançılıq ideologiyasının məfkurəvi müəllifi böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri Azərbaycanın gələcəyi adlandırırdı. Bu adlandırma ciddi ar­qumentlərlə dövlət siyasətinin istiqamətlərini müəyyənləşdirirdi.

Gəncliyin boyu həmişə görünüb. Milli-azadlıq hərəkatında – milli dövlətçilik mübarizəsində də belə oldu, Azərbaycanda siyasi vəziyyət kəskinləşəndə, milli qarşıdurma yaranma təhlükəsi ilə üzləşəndə böyük tarixi şəxsiyyət Heydər Əliyevin çağırışıyla nəfəs-nəfəsə dayananda da. Bunlar Vətənə sevgini ifadə edən milli xarakter kimi təzahür etmişdi. Ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyət 1996-cı il iyunun 22-də imzaladığı Fərmanla Azərbaycanda istedadlı gənclərə dövlət qayğısını gənclər siyasətinin tərkib hissəsinə çevirdi: “Azərbaycanda gənc istedadlara döv­lət qayğısı haqqında” Fərman Azərbaycanda bütün sahələr üzrə inkişafın dinamikasını sürət­lən­dir­di, Azərbaycanın daha əhatəli tanınmasında əhəmiyyətli oldu...

Azərbaycanda gənclər siyasəti mahiyyət baxımından həmişə dövlətçiliyin möhkəmlən­diril­mə­sinə, döv­­­­­lət­­çiliyin möhkəmləndirilməsi vətənpərvərliyə əsaslanıb. Bu, Ulu Öndərin müəyyən­ləş­dirdiyi si­ya­si-ideoloji tövsiyə, tövsiyə formatında tələb kimi Azərbaycan gerçəkliklərinin işı­ğına çevril­miş­di. Böyük tarixi şəxsiyyət vətənpərvərliyi vətəndaşlığın başlıca (və ilkin!) şərti hesab edirdi. Vətənpərvərliyin mahiyyətinin azərbaycançılıq səviyyəsində yaşadılması Azər­bay­can­da gənclər siyasətinin elan edilmədən elan edilmiş istiqaməti idi. Azərbaycanın dövlət müs­tə­qil­liyinin daimi, əbədi olduğuna inamla deyirdi ki, “Hər bir gənc Azərbaycanın dövlət müstə­qil­liyini möh­kəm­­ləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstər­mə­lidir”.

 Vətənpərvərliyin təhsillə bağlılığını da diqqətə çatdıran Ulu Öndər deyirdi ki, “İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin, qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mən­subiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz”.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin siaysi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdiririr. 

Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənc­lə­rinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təh­si­linə geniş imkanlar yaratdı, 2007-ci il ölkədə “Gənclər ili” elan olundu, Azərbaycanda Olim­piya hərəkatı genişləndi, 2011-ci il  iyulun 7-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edildi, 2011-ci il 19 dekabr tarixli Fərmanla Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərən­cam, gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli tə­sirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azər­bay­can gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncamlar im­za­landı. Bunlar istər ayrılıqda, istərsə də vəhdətdə Azərbaycanda gənclər siyasətinin daha əhatəli ide­olo­ji bazasının yaradılmasında vəsilə oldu...

Azərbaycanda gənclər siyasəti siyasi kursun tərkib hissəsi kimi əhatəli formatda həyata ke­çi­ri­lir. Vətənpərvərlik təkcə təhsillə, qiraətlə, efirlə və s. formalaşmır, vətənpərvərlik həm də qarşı­lıqlı ünsiyyətin müxtəlif formaları ilə təkmilləşir, genişlənir. Belə ünsiyyətlərdən biri də məqsəd­yön­lü yaradılmış asudə vaxtlara aid olan şəbəkələrdir. Bu baxımdan Bakıda və bölgələrdə yaradılan “Gənclər evi” layihəsi səmərəli olub. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, və­tən­pərvərlik duyğularının müxtəlif çalarlarla formalaşdırılması, asudə vaxtın səmərəliyi, gərəkli məqamlarda psixoloji reabilitasiya, hüquqi və informasiya yardımları göstərilməsi məqsədi ilə ya­ra­dılan “Gənclər evi” layihəsi genişlənməkdədir.

2013-cü il iyulun 2-də  “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosial yönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir. Dünyəvi siyasət bu tədbiri təqdir edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il fevralın 24-də  “Gəncə şə­hərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzaladı.

Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsi, 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) fəaliyyətə başlaması, gənclərin rifahına xidmət edən müxtəlif Dövlət Proq­ram­la­rının qəbul edilməsi, … Azərbaycanda gənclər siyasətinin necə həyata keçirildiyinin konturlarıdır və hər biri Azərbaycanın sabahlarına böyük ehtiram kimi tarixləşib…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ildə Gənclər Günündə Azərbaycanda gənclər siyasətinin dövlət üçün prioritetliyini xatırladaraq dedi: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad öl­kədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edi­rik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Yeni Azərbaycan Partiyasının VIII qurultayında həm də Azərbaycanda gənclər siyasətinin geniş­lən­diril­məsinin, gücləndirilməsinin, bu istiqamətdə müxtəlif üsul və metodların yaradıcı şəkildə tətbiqinin zərurliyi də qeyd olundu. Qurultayda partiyanın sədri, Azərbaycan Res­­pub­li­kasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdiyini, xalqın bilavasitə müharibədə iştirakını, birliyini, tarixi Zəfərdən sonra işğal olun­muş ərazilərdə aparılan quruculuq işlərini, qələbələrin başlanğıcının Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə bağlılığını, Heydər Əliyevin yenidən hakimiyyətə xalqın tələbi ilə qayıtdığını, ... xatırladaraq Azərbaycanda ideoloji işin təşkilinin daha da yüksəldilməsini tövsiyə edərək dedi: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhəd­lə­ri­mizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, ki­ber­hücumlar dün­yasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribat­lardan qorumalıyıq. Ne­cə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uyma­yacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azər­baycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”. Bu tövsiyə-tapşırıq bilavasitə gənclərlə aparılan və aparılacaq iş­­lərin məz­mununda milli-mənəvi dəyərlərə söykənən yeniliklərin tətbiqini əhatələyir. Azərbay­canda gənclər siyasəti dövlətçilik baxımından həmişə proiritet olub. Böyük tarixi şəx­siy­yət Heydər Əliyevlə başlayan bu həyati və milli-xəlqi siyasət bu gün bütün siyasi, milli, xəlqi çalarları ilə hər bir mə­mu­run, hər bir vətəndaşın fəaliyyət kodeksi olmalıdır. Vətən naminə, Vətənə görə!..

Bu günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim forma­la­rının təsvir­ləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Dövlət başçımızın dediyi “Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azər­baycan vətəndaşı öz dövləti ilə fəxr edir” fikri həm də “Azərbaycan vətəndaşı (deməli, Azərbaycan gəncliyi!) öz dövlətinin siyasətini dəstəkləyir” kimi qəbul edilir. Mahiyyətini bu çıxışdan, çı­xı­şın bu məqamından götürən Nazilər Kabinetinin bu qərarı da Azərbaycanda gənclər siyasətinin tər­kib hissəsidir, sabahın gəncləri olacaq məktəblilərin milli-mənəvi dəyərlər əsasında azərbay­can­­­çılıq məfkurəsiylə dünyəvi ideyalar müstəvisində formalaşdırmaq niyyətinin təzahürüdür, bi­lavasitə gənclər siyasətinin davamıdır.    

Səbinə Xasayeva,

Milli Məclisin deputatı