18 oktyabr 2026 20:41
138

Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar

 

Almaniyada keçirilən batut gimnastikası üzrə Dünya kubokunda Azərbaycan idmançıları mövsüm ərzində nümayiş etdirdikləri sabit və yüksək nəticələrlə Dünya kuboku seriyalarının qalibi olublar.

Maqsud Mahsudov və Selcan Mahsudova qarışıq sinxron proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişi sinxron proqramında mövsümün ən yaxşıları sırasında yer alaraq Dünya kuboku seriyalarının qalibi adını qazanıblar.

Bu uğur Azərbaycan batut gimnastikasının beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi və idmançılarımızın yüksək hazırlıq səviyyəsinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.