18 oktyabr 2026 18:34
110

Azərbaycan Basketbol Liqasında III tura start verilib

Azərbaycan Basketbol Liqasında III tura start verilib.

“İki sahil” xəbər verir ki, günün ilk oyununda "Naxçıvan" "Gəncə" ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma "Naxçıvan"ın qələbəsi ilə yekunlaşıb - 72:70.

Günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"la qarşılaşacaq.

Xatırladaq ki, turun "Sabah" - NTD oyunu oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.