18 oktyabr 2026 15:51
145

Fransada etiraz aksiyaları zamanı 1800-dən çox şəxs saxlanılıb

Fransada baş verən genişmiqyaslı etiraz aksiyaları və polislə toqquşmalar zamanı hüquq-mühafizə orqanları 1 800-dən çox şəxsi saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes "X" sosial şəbəkəsində paylaşım edib.

"Hazırda 1 800 nəfər saxlanılıb. Təqsirkarların müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır", - o bildirib.

Nazir vurğulayıb ki, etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 500-dən çox əməkdaşı xəsarət alıb.

Nünyes əlavə edib ki, iğtişaşçılarının hərəkətləri nəticəsində yüzlərlə mağaza sahibi də zərər çəkib.