Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi İdarəsi və Maliyyə Nazirliyinin Gəlir Xidmətinin Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik və psixotrop maddənin müxtəlif yollarla ölkəyə gətirilməsinin qarşısını alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, iki xarici ölkə vətəndaşı saxlanılıb. Tbilisi Beynəlxalq Hava Limanında və Vale sərhəd-keçid məntəqəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin əl yükündə apardıqları axtarış zamanı tərkibində narkotik və psixotrop maddələr olan külli miqdarda maddəni aşkar edərək maddi sübut kimi götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 12 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır
Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib
Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib