Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “İmişli” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək.
Turnir cədvəlində Tovuz təmsilçisi 14 xalla 4-cü, İmişlinin eyniadlı klubu 4 xalla 9-cudur.
Turun bağlanış oyununda isə “Zirə” Gəncədə “Kəpəz”in qonağı olacaq. Gəncə şəhər stadionunda oynanılacaq görüş saat 18:30-da başlayacaq.
Hazırda 11 xalı olan “qartallar” 6-cı pillədə qərarlaşıblar. Paytaxt təmsilçisindən 1 xal az toplayan “sarı-göylər” isə 7-ci sırada yer alıblar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"ya 3:2, "Sumqayıt" "Araz-Naxçıvan"a 2:1, "Sabah" "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlib, "Qarabağ" - "Neftçi" oyunu isə heç-heçə ilə başa çatıb - 3:3.