17 oktyabr 2026 20:23
104

Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

“İki sahil” PFL-in saytına istinadən xəbər verir ki, matçlar 27, 28 və 29 oktyabr tarixlərində keçiriləcək. 

27 oktyabr (çərşənbə axşamı)

“Şimal” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 14:00

“Marafon” – “Zaqatala” 
“Marafon Arena”, 14:00 

“Kür-Araz” – “Sumqayıt” 
“SOCAR Polymer Arena”, 17:00

“Qəbələ” – “Mingəçevir”
 Qəbələ şəhər stadionu, 17:00

“Səbail” – “Zirə”
“Bank Respublika Arena”, 18:00 

28 oktyabr (çərşənbə)

“İmişli” – “Qaradağ Lökbatan”
Yevlax şəhər stadionu, 14:00   

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 14:00

“Hypers” – “Şamaxı”
Şamaxı şəhər stadionu, 14:00

“Şəfa” – “Ağstafa Gəncləri” 
“SOCAR Polymer Arena”, 16:00

“Kəpəz” – “Baku Sportinq”
Gəncə şəhər stadionu, 19:00 

29 oktyabr (cümə axşamı)

“Xankəndi” – “Gəncəbasar”
Şamaxı OİK stadionu, 14:00  

“Zəngəzur” – “Karvan Yevlax”
Binə qəsəbə stadionu, 14:00

Qeyd olunub ki, “Şimal”–“Araz-Naxçıvan”, “Kür-Araz” – “Sumqayıt”, “Hypers” – “Şamaxı” oyunları ev sahiblərinin stadionlarının standartlara cavab verməməsi səbəbindən Əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində qonaq komandanın ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq, qeyd  olunan bütün təşkilati məsələləri cədvəldə adı 1-ci göstərilən klub həyata  keçirəcək. 

Həmçinin bildirilib ki, “Səbail”  əsasnaməyə uyğun olaraq  alternativ stadion təqdim edib. “Səbail”  klubu 1-ci Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da “ Bank Respublika Arena”da  keçirəcək.