Stiven Cerrard məşqçilik karyerasını İngiltərə futbolunda davam etdirmək variantını nəzərdən keçirir.
“İki sahil” “talkSPORT”a istinadən xəbər verir ki, mütəxəssis “Rekshem”i çalışdıracaq.
Sözügedən klubun rəhbərliyi hazırkı baş məşqçi Fil Parkinsonla yollarını ayırmağa hazırlaşır.
Uels təmsilçisinin rəhbərliyi bu vəzifədə Cerrardı görmək istəyir.
Qeyd edək ki, Çempionşipdə 10 turdan sonra “Rekshem” 11 xalla 17-ci pillədə qərarlaşıb. Komanda 2 qələbə qazanıb, 5 heç-heçə edib və 3 dəfə məğlub olub.
Cerrard 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrıldıqdan sonra işsizdir. Hazırda o, "TNT Sports" telekanalında futbol eksperti kimi fəaliyyət göstərir.