17 oktyabr 2026 16:34
170

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bu gün saat 10 radələrində Zaqatala şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Maraç Xabliyev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada, 66 yaşlı rayon sakini Firəngiz Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Trend