Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları öncə Azərbaycanın dövlət müstəqilliyinin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya dövlətimizin müstəqilliyinin xalqımızın azadlıq və milli dövlətçilik arzularının reallaşması üçün mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib, bu müstəqilliyin Ümummilli Lider Heydər Əliyevin xalqımızı və dövlətimizi xilaskarıq missiyası ilə qorunduğundan, möhkəmləndiyindən danışıb. Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin aydın və parlaq ideyalarının bu gün Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında yeni dinamizmlə yüksələn xətlə davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan böyük Zəfərlər, Qələbələr yolu ilə yüksələn xətlə inkişaf edir, dövlət suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirir. Faqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin parlaq nitqinə əsaslanaraq bir daha bildirib ki, dövlətimiz güclüdür və müstəqilliyimiz əbədidir!
Çıxış edən şəhid anası Arzu Hüseynzadə, Bərdə Dövlət İdarəetmə və Texnoloğiya Kollecinin direktoru Xosrov Musayev, Əhliman Hümbətov, Ramin Əmrahlı, Əliş Şərifov, Arif Hümbətov, QMƏVŞAİB Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, dövlət müstəqilliyinin Azərbaycan xalqı üçün ən böyük tarixi nailiyyətlərdən biri olduğunu qeyd ediblər. Onlar dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli həmrəyliyin, vətənpərvərlik ruhunun və gənc nəslin dövlətçilik ənənələrinə bağlılığının vacibliyini vurğulayıblar. Çıxışlarda Azərbaycanın qazandığı uğurların, ərazi bütövlüyünün və suverenliyinin qorunmasının xalqımızın birliyinin və qətiyyətinin nəticəsi olduğu diqqətə çatdırılıb.
Tədbirdə YAP rayon təşkilatının sədri Faqət Şadlinskaya yubilyar partya fəallarından bir qrupunu təşkilatın Fəxri fərmanı ilə təltif edib, mükafatlar təqdim edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb