17 oktyabr 2026 16:20
131

Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb

Xersonun (Ukrayna) Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 21 nəfər, o cümlədən iki uşaq yaralanıb.

“İki sahil” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti polisinin məlumatında bildirilib.

Qurumun məlumatına görə, Rusiya qoşunları şəhərə dörd idarəolunan aviabomba ilə zərbə endirib.

"Güclü partlayışlar ən azı 15 çoxmərtəbəli binaya, uşaq bağçasına, mağazaya və avtomobillərə ciddi ziyan vurub. İnsanlar dağıntılar altında qalıblar", - məlumatda bildirilib.