Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə kitabsevərlərin rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar təşkil edilir.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusi avtobuslar oktyabrın 21-dən 27-dək metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə hərəkət edəcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.
Xatırladaq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" mövzusuna həsr olunub.
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu