16 oktyabr 2026 22:11
109

Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatıb

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və sahilyanı ərazilər üçün təhlükə yaradacaq.

“İki sahil”nun "Reuters"ə istinadən verdiyi məlumata görə, Meksika rəsmiləri və ABŞ-nin Milli Qasırğaları İzləmə Mərkəzi siklonun yaxınlaşması ilə əlaqədar təhlükə barədə xəbərdarlıq ediblər.

Oktyabrın 17-də axşam qasırğanın Xalisko və Kolima ştatlarının sahilləri yaxınlığından keçəcəyi və güclənməkdə davam edəcəyi gözlənilir.

Meksikanın Mülki Müdafiə Agentliyi sakinləri qasırğanın yaxınlaşmasına hazırlaşmağa, qapı və pəncərələri möhkəmləndirməyə, həmçinin güclü küləyin uçura biləcəyi əşyaları yığışdırmağa çağırıb.