Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olub.
“İki sahil” xəbər verir ki, yarışın 32-ci dəqiqəsində Alberto Fernandes hesabı açıb. 62-ci dəqiqədə Ronaldo Vaskez “Sumqayıt”ın bərabərlik qolunu vurub. Qarşılaşmada son qolu meydan sahibləriin futbolçusu Nihad Əhmədzadə vurub - 2-1.
Bununla da Sumqayıt təmsilçisi meydanı qalib tərk edib.
Misli Premyer Liqası,
8-ci tur
16 oktyabr (cümə)
19:00. “Sumqayıt” 2–1 “Araz-Naxçıvan”
Qollar: Alberto Fernandes, 32 (0:1), Ronaldo Vaskez, 62 (1:1), Nihad Əhmədzadə, 82 (2:1)
Qırmızı vərəqə: Ağadadaş Salyanskiy, 85 ("Araz-Naxçıvan")
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
SOCAR Polymer Arena