16 oktyabr 2026 12:03
107

Fon der Lyayen: "Aİ Rusiya əleyhinə sanksiyaların 22-ci paketi üzərində işləyir"

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 22-ci paketi üzərində işləyir və bu təzyiqi davam etdirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ Şurasının iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.