14 oktyabr 2026 17:56
122

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Qırğız Prezidenti Sadır Japarov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.