14 oktyabr 2026 14:17
100

Məmməd Ağayev Türk Dünyası Sığorta Birliyinin Baş katibi seçilib

 

Məmməd Ağayev Türk Dünyası Sığorta Birliyinin (TDSB) ikinci Assambleyasında təsisçi üzvlərin yekdil səsverməsi ilə Birliyin Baş katibi seçilib.
 

O, bu barədə Facebook paylaşımında məlumat verib.


Ağayev ona dəstək göstərən təsisçi təşkilatlara — Azərbaycan Sığortaçılar Assosiasiyasına, Qırğızıstan Sığortaçılar Assosiasiyasına, Türkiyə Sığorta Birliyinə, Özbəkistan Sığorta Bazarının Peşəkar İştirakçıları Assosiasiyasına və Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinə təşəkkür edib.