14 oktyabr 2026 16:13
133

ASA "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirində iştirak edib

Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbir keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyətinin dəvətli olduğu tədbirdə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi, maliyyə assosiasiyaları, o cümlədən, türk dövlətlərində fəaliyyət göstərən maliyyə texnologiyaları təşkilatlatının təmsilçiləri də iştirak ediblər.