Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.
“İki sahil” Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.
Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.
Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir
“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir