14 oktyabr 2026 02:02
110

Türkiyədə 80 nəfər qidadan zəhərlənib

Türkiyənin İzmir vilayətində 80 nəfər qidadan zəhərlənib.

“İki sahil” xəbər verir ki, DHA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, iaşə şirkətinin müxtəlif müəssisələrə payladığı yeməkləri qəbul edən işçilər bir müddət sonra ürəkbulanma və qusma şikayətləri ilə özlərini pis hiss ediblər.

Zəhərlənən şəxslər ətrafdakı xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.