Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün hesab ediblər.
“İki sahil” "MS Now" telekanalına istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi bildirib.
"Tribuna arxasında çıxış etmək asan deyil. Amma o, uğursuz başlayıb. İşini tez və əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır, əks halda Skaramuççinin rekordunu qıracaq", - telekanalın həmsöhbəti bildirib.
Söhbət 2017-ci ilin iyulunda Ağ Evin kommunikasiyalar üzrə direktoru postuna təyin olunduqdan cəmi 10 gün sonra işdən çıxarılan Entoni Skaramuççidən gedir.
Zakariyanın ilk brifinqi təxminən 14 dəqiqə davam edib. Bu zaman giriş bəyanatı təxminən səkkiz dəqiqə çəkib, mətbuat katibi üç jurnalistin suallarına təqribən beş dəqiqə cavab verib.
O, brifinqin qısa olmasını Alyaskaya səfərə hazırlaşan Donald Trampın iş qrafiki ilə izah edib. Lakin telekanalın məlumatına görə, prezidentin yola düşməsi vaxt baxımından brifinqlə üst-üstə düşməyib.
Tramp özü Zakariyanı tənqid etməyib və jurnalistlərə onun ilk brifinqi "çox yaxşı" keçirdiyini bildirib.
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb