Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycan Respublikasının Keniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Afrikaşünaslıq ixtisası üzrə suahili dili ADU-nun Dünya dilləri kafedrasında tədris edilməyə başlanılıb. Bu məqsədlə, Keniyadan suahili dili üzrə mütəxəssis Martin Ndeli Azərbaycan Dillər Universitetinə dəvət olunub.
Kafedranın müdiri professor Nərgiz Seyidova müəllimi tələbələrə təqdim edərək suahili dilinin öyrənilməsinin onların dil biliklərini və dünyagörüşünü genişləndirmək, Afrika xalqlarının mədəniyyətini daha yaxından tanımaq baxımından əhəmiyyətini vurğulayıb.
Suahili dilinin tədrisi Azərbaycanla Kenya və Afrika regionunun digər ölkələri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verə bilər. Bu təşəbbüs tələbələr üçün yeni ünsiyyət imkanları yaradaraq xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcək.
Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək