11 oktyabr 2026 17:52
124

"Qarabağ" "İmişli"yə qalib gəldi

Misli Premyer Liqasının 7-ci turunda "İmişli" Yevlax şəhər stadionunda "Qarabağ" ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, yarışın 59-cu dəqiqəsində qonaqların futbolçusu Aleksey Kaşuk hesabı açıb. 88-ci dəqiqədə Jali Muaddib “Qarabağ”ın üstünlüyünü iki qola yüksəldib - 0-2.

Oyun bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

7-ci tur

11 oktyabr (bazar)

16:00. “İmişli” 0–2 “Qarabağ”

Qollar: Aleksey Kaşuk, 59, Jali Muaddib, 88

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev, Vüqar Həsənli (VAR), Zöhrab Abbasov (AVAR)

Yevlax şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”