Ötən gecə İrəvanda baş verən atışma nəticəsində üç nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 10-da saat 23:52-dən etibarən Daxili İşlər Nazirliyinin 112 saylı Operativ İdarəetmə Mərkəzinə Kanakerin 9-cu küçəsi ərazisində mübahisə səslərinin eşidilməsi ilə bağlı məlumatlar daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları ilkin məlumata görə, Ağasi küçəsindəki evlərdən birinin yaxınlığında bir qrup şəxs arasında münaqişə baş verdiyini, münaqişənin Tbilisi şosesində davam etdiyini müəyyən ediblər. Münaqişə zamanı odlu silahdan istifadə olunub.
Polisin verdiyi məlumata görə, hadisə nəticəsində güllə yarası alan üç nəfər xəstəxanaya yerləşdirilib.
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib