Çinlə ABŞ arasında nüvə obyektlərinin qarşılıqlı yoxlanılması məsələləri üzrə məsləhətləşmələrə başlanıldığı barədə məlumat həqiqətə uyğun deyil.
“İki sahil” xəbər verir ki, bu bəyanatla ÇİN XİN-in rəsmi nümayəndəsi Mao Nin çıxış edib.
Brifinqdə jurnalistin Amerika KİV-lərində yayılan məlumatı şərh etmək xahişinə cavab olaraq o bildirib: "Müvafiq xəbərlər həqiqətə uyğun deyil".
Daha əvvəl CNN telekanalı mənbələrə istinadla ABŞ və ÇXR-in bir-birinin nüvə obyektlərinin yoxlanılmasına başlanılması imkanlarını müzakirə etməyə başladıqlarını bildirmişdi.
Məlumata görə, Amerika tərəfi qarşıdakı aylarda bu təşəbbüsü irəli aparmaq üçün bir sıra görüşlər keçirmək istəyir. Telekanalın həmsöhbətlərindən biri iddia edir ki, qarşılıqlı yoxlamalar ideyası ilə ilk olaraq 2026-cı ildə Çin tərəfi çıxış edib. Telekanalın xəbərinə görə, rəsmi şəxslər arasındakı müzakirələr əsasən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşləri çərçivəsində aparılıb.
Avropa Komissiyası Rusiya aktivlərindən istifadə üçün xüsusi strukturun yaradılmasını nəzərdən keçirir
MDB dövlət başçıları kibercinayətkarlıqla mübarizə konsepsiyasını təsdiqləyiblər
ABŞ Sahil Mühafizəsində yeni xidmətə başlayanların sayında rekord qeydə alınıb