09 oktyabr 2026 12:54
106

MDB dövlət başçıları kibercinayətkarlıqla mübarizə konsepsiyasını təsdiqləyiblər

MDB ölkələrinin liderləri informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə qarşı mübarizədə informasiya qarşılıqlı fəaliyyətinin inkişafı Konsepsiyasını təsdiqləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəd dövlət başçıları tərəfindən Türkmənbaşı şəhərindəki "Avaza" milli turizm zonasında keçirilən sammitdə imzalanıb. Həmçinin MDB ölkələrinin prezidentləri informasiya məkanında Birlik və onun iştirakçı dövlətlərinin müsbət imicinin formalaşdırılması üzrə tədbirlər haqqında qərar qəbul ediblər.

Bundan əlavə, onlar Birliyin yaradılmasının 35 illiyinə həsr olunmuş bəyanat qəbul ediblər. Bəyanatda dünya siyasəti və iqtisadiyyatındakı vəziyyətə qiymət verilib, eləcə də MDB çərçivəsində əməkdaşlığın və inteqrasiya proseslərinin dərinləşdirilməsinin gələcək istiqamətləri müəyyənləşdirilib.