08 oktyabr 2026 10:13
93

Beynəlxalq səyahətçilər Xocavəndə səfər ediblər

Məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, beynəlxalq səyahətçilər heyəti səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəlib.

Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər. Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb.