Aqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların, o cümlədən qoyun və keçilərin də sığortalanması mümkündür.
“İki sahil” xəbər verir ki, iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmələr, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.
Aqrar Sığorta Fondu tərəfindən tətbiq olunan mexanizmə əsasən, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Qiyməti 1500 manat dəyərində olan bir baş iribuynuzlu heyvanın bir il müddətinə sığortalanmasının ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir. Beləliklə, fermer üçün heyvanın illik sığortalanma xərci aylıq cəmi 3 manat təşkil edir.
Sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Sığorta dəyəri 1500 manat olan iribuynuzlu heyvan tələf olduqda 150 manat azadolma məbləği çıxıldıqdan sonra fermerə 1350 manat sığorta ödənişi verilir.
Bu baxımdan, heyvanların illik sığortalanmasına çəkilən xərc onların saxlanması ilə bağlı ümumi xərclərlə müqayisədə olduqca aşağıdır və fermerləri mümkün maliyyə itkilərindən qorumağa imkan verir.
Beləliklə, aqrar sığorta heyvandarlıqla məşğul olan fermerlərin gözlənilməz risklər nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasına və təsərrüfat fəaliyyətinin davamlılığının təmin edilməsinə imkan yaradır.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli hotelin fəaliyyətini dayandırıb - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Akif Quliyev: Azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:
474 itkin şəxsə aid sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkarlanıb