Türkiyədə Ankara-Şanlıurfa reysini həyata keçirən “AJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə məlumat daxil olub.
“İki sahil” Şanlıurfa valisi Hasan Şıldaka istinadən bildirir ki, təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib. 136 sərnişin və 7 heyət üzvü təxliyə edildikdən sonra təyyarədə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarış aparılıb.