04 oktyabr 2026 23:54
167

Biləsuvar rayonunda qətl hadisəsi baş verib

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Milan Soltanlı bıçaqlanıb. Ağır xəsarətlər alan M. Soltanlı hadisə nəticəsində həyatını itirib.

Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.