Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-2028-ci illər üzrə maliyyə fəaliyyətinin auditinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun aparılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Praysvoterhauskupers Audit Azərbaycan" MMC-dir.
Qalib şirkətə 491,706 min manat ödəniləcək.