Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Məlumata görə, iclasda PKK, Fətullahçı Terror Təşkilatı (FETÖ) və İŞİD başda olmaqla, Türkiyənin milli birliyi, bütövlüyü və təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı ölkə daxilində və xaricində həyata keçirilən tədbirlər, həmçinin son dövrdə baş verən beynəlxalq proseslər müzakirə olunub. "Terrorsuz Türkiyə" və "Terrorsuz region" hədəfləri istiqamətində atılan addımlar və əldə olunan irəliləyiş də qiymətləndirilib.
Müzakirələrdə Türkiyə xalqının, regionun, eləcə də qonşu ölkələrin təhlükəsizliyi, sülh və rifah naminə səylərin davam etdiriləcəyi vurğulanıb.
Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb