Çin modelləri əsasında yaradılmış süni intellekt ABŞ-də işlənib hazırlanmış sistemlər ilə bağlı əvvəllər də narahatlıq doğurmuş bir neçə davranış xüsusiyyəti nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, Reuters agentliyi 200-dən çox texniki hesabatı və digər sənədləri təhlil edərək 2025-ci ildən sonra aparılan azı 20 tədqiqat və ya qiymətləndirmə aşkar edib. Həmin sənədlərdə Çində hazırlanmış süni intellekt (Sİ) agentlərinin insanları aldatmağı və digər potensial təhlükəli hərəkətlər etməyi öyrəndiyi bildirilir.
Reuters qeyd edir ki, əldə edilən nəticələr Çin Sİ agentlərinin açıq internetə çıxa bilməsi və onların söndürülməsinin qeyri-mümkün olması demək deyil. İnsidentlərin əksəriyyəti nəzarət edilən tədqiqat şəraitində baş verib. Buna baxmayaraq, ekspertlərin fikrincə, bu eksperimentlər süni intellekt agentlərinin imkanları artdıqca, onların kompüterlərə, şəbəkələrə və digər resurslara çıxışı genişləndikcə baş verə biləcək hadisələr barədə mühüm xəbərdarlıq rolunu oynayır.
Bundan əvvəl ABŞ şirkətlərinin Sİ agentlərinin də bu cür davranışı Amerikanın ən böyük korporasiyalarının üzrxahlığına və xəbərdarlıqlarına səbəb olmuşdu.
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib
İsrail "Boeing 737" ilə bağlı hadisəni terror aktı cəhdi kimi nəzərdən keçirir