30 sentyabr 2026 16:21
123

Belarusla münasibətlərdə "istiləşir" - Polşa XİN

Polşanın xarici işlər naziri Radoslav Sikorski Minsk ilə münasibətlərin cari vəziyyətini "yüngül yumşalma" kimi qiymətləndirib.

“İki sahil” xəbər verir ki,  Sikorski "Rzeczpospolita" qəzetinə müsahibəsində qeyd edib ki, münasibətlərdə cüzi istiləşmə müşahidə olunur, çünki Belarus bir-birini əvəz edən Polşa hökumətlərinin tələb etdiyi addımı atdı.

Diplomatik nümayəndənin fikrincə, Varşava ilə Minsk arasında münasibətlərin istiləşməsinə Polşa-Belarus sərhədində vəziyyətin yaxşılaşması, eləcə də polşasilli jurnalist Andrey Poçobutun azad edilməsi səbəb olub.

Sikorski, həmçinin Polşanın Rusiya ilə Belarusun daha da yaxınlaşmasına mane olmağa çalışdığını gizlətməyib. O vurğulayıb ki, Minsk tərəfindən "Rusiya ilə münasibətdə dövlət müstəqilliyinin" qorunub saxlanılması Varşavanın maraqlarındadır.