28 sentyabr 2026 14:58
106

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olunub

27 sentyabr Anım Günü Akademik Millli Dram Teatrında qeyd olunub. Anım Günü münasibətilə Vətən müharibəsinə həsr olunan,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən 2020-ci ildə çəkilmiş “Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olunub.  

Filmdə Vətən müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası, Azərbaycan Respublikasının Xalq artisti Əli Nur, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova və Akademik Milli Dram Teatrında çalışan müharibə iştirakçıları – Tərlan Əsgərli, Ruslan Kərimov,  Fuad Cəbrayılov və Rüfət Cabbarov cəbhədə şahidi olduqları hadisələrdən, keçdikləri döyüş yolundan və müharibə təəssüratlarından bəhs edirlər. 

Film nümayişinin ardınca nümayiş etdirilən Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı əsasında hazırlanmış eyniadlı tamaşa Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub. 

Allah şəhidlərimizə rəhmət eləsin.