27 sentyabr 2026 23:41
56

46-cı Ümumdünya Şahmat Olimpiadası başa çatıb

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası yarışı 17 xalla beşinci pillədə başa vurub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub. Turnirdə müvafiq olaraq Özbəkistan və Çin yığmaları qalib olub.