27 sentyabr 2026 16:53
77

Ombudsman və rəhbərlik etdiyi kollektiv Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə  Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, memorial kompleksin önünə gül dəstələri düzülüb.