Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib. Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib. Təlimin praktiki hissəsində şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib, eyni zamanda “qəza” zamanı ətrafa yayılan yanğın qısa müddətdə söndürülüb.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.
Fuad Nağıyev: Məqsədimiz Azərbaycanı təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici etməkdir
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub
Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır
Komitə sədri: Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır