Paytaxtın Yasamal, Xətai və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanılıblar.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri 2666 manat olan noutbuku talayıb. Araşdırmalar davam etdirilir. Xətai rayonunda talama cinayəti baş verib. Rayon ərazisində binaların birinin qarşısından dəyəri 2000 manat olan velosiped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş O.Cəfərov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Deputat Ağalar Vəliyev şəhid ailələri ilə görüşdü, ehsan mərasimi təşkil olundu
Fuad Nağıyev: Məqsədimiz Azərbaycanı təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici etməkdir