Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 198, o cümlədən borclu şəxs qismində axtarışda olan 163 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Fuad Nağıyev: Məqsədimiz Azərbaycanı təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici etməkdir
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub
Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır
Komitə sədri: Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır