24 sentyabr 2026 08:11
77

Ceyhun Bayramov Baham adalarının xarici işlər naziri Fred Miçell ilə görüşüb

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Baham adalarının xarici işlər naziri Fred Miçell ilə görüşüb.

“İki sahil” xəbər verir ki, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar, strateji dialoqun qurulmasının və qarşılıqlı faydalı əməkdaşlığın yeni sahələrinin araşdırılmasının vacibliyi vurğulanıb. Səmərəli müzakirələrin yekununda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Baham Adaları Birliyinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu sənəd müntəzəm diplomatik təmasları təşviq edəcək və ikitərəfli tərəfdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynayacaq.