22 sentyabr 2026 11:21
98

“Express Experience” Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB

 

 

Expressbankın gənclərin peşəkar inkişafına və bank sektorunda praktiki təcrübə qazanmasına dəstək məqsədiləhəyata keçirdiyi “Express Experience” Yay TəcrübəProqramı başa çatıb.

 

Proqrama müraciət edən 2 000 namizəd arasından seçimmərhələlərini uğurla keçən 22 gənc təcrübə proqramına cəlbolunub. İştirakçılar proqram müddətində bankın müxtəlifistiqamətlərində fəaliyyət göstərərək nəzəri biliklərini real işmühiti ilə birləşdirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək vəbank sektorunun iş prinsiplərini yaxından öyrənmək imkanı əldəediblər.

 

Təcrübə müddətində gənclər Expressbankda real iş mühitiniyaxından tanıyıb, müxtəlif layihə və tapşırıqların icrasındaiştirak edib, bankın peşəkar əməkdaşlarının təcrübəsindənfaydalanıblar. Proqram çərçivəsində iştirakçılar komanda işi, effektiv ünsiyyət, analitik düşüncə, təşəbbüskarlıq və digərpeşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

 

Təcrübə müddətində fəallığı, peşəkar yanaşması və fəaliyyətnəticələri ilə seçilən bir neçə iştirakçı artıq Expressbankdaişlə təmin olunaraq komandaya qoşulub. Daha 6 iştirakçı isəöz istəkləri əsasında təcrübə müddətini davam etdirir. Sözügedən iştirakçılar bankda müvafiq vakansiya yarandığıtəqdirdə işə qəbul üçün dəyərləndirilə bilərlər.

 

Beləliklə, “Express Experience” proqramı gənclər üçün yalnızpraktiki təcrübə qazanmaq imkanı deyil, həm də bank sektorunda öz potensiallarını sınamaq, peşəkar bacarıqlarınıinkişaf etdirmək və gələcək karyera imkanlarına bir addım dahayaxınlaşmaq üçün mühüm platforma olub.

 

Expressbank gənclərin inkişafına və potensialının kəşfolunmasına, həmçinin praktiki bilik və bacarıqlarınınartırılmasına, eləcə də maliyyə sektorunda karyera qurmaqimkanlarının genişləndirilməsinə yönəlmiş siyasətini gələcəkdədə davam etdirəcək.

 

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.