22 sentyabr 2026 13:26
88

Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb

Sentyabrın 22-də “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb. Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə – 9 nəfər köçürülüb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.