22 sentyabr 2026 12:41
86

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

 

 

Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.

İclasda yeni tədris ilinin əsas prioritetləri, qarşıda duran vəzifələr və 2026/2027-ci tədris ilinin payız semestrinin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Tədris prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir yanaşmaların tətbiqi və tələbələr üçün əlverişli akademik mühitin təmin olunması istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

Elmi Şuranın iclasında, həmçinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin daha səmərəli təşkili məqsədilə bir sıra struktur dəyişiklikləri müzakirə olunub. Təklif edilən dəyişikliklərin ayrı-ayrı struktur bölmələrin fəaliyyətinin optimallaşdırılmasına, fəaliyyət istiqamətlərinin genişləndirilməsinə və qarşıya qoyulan vəzifələrin daha çevik icrasına xidmət edəcəyi bildirilib.

İclasda Universitetin tədris, elmi və təşkilati fəaliyyətinin müxtəlif istiqamətləri üzrə cari məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.