22 sentyabr 2026 10:08
59

Türkiyədə liseyə silahlı hücum olub

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb yaxınlığında silahlı hücum olub.

“İki sahil” xəbər verir ki, bu barədə NTV məlumat yayıb. İlkin məlumata görə, hələlik kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb. Hücum nəticəsində 4 şagirdin yaralandığı bildirilir.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.