22 sentyabr 2026 09:38
77

Ülvi Mehdiyev ilə Kolumbiyanın ölkəmizdəki səfiri arasında görüş keçirilib

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramiyo arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib. Görüşdə, həmçinin Dövlət Agentliyi ilə Kolumbiyanın aidiyyəti dövlət qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində imzalanmış Anlaşma Memorandumunun implementasiyası üzrə görülən işlər və planlaşdırılan layihələr müzakirə olunub.

Səfər çərçivəsində qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.