20 sentyabr 2026 22:24
77

Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikiləcək

"Naftogaz" qrupu MOL Group ilə Ukraynanın ehtiyacları üçün Macarıstan ərazisində, iki ölkənin sərhədinə yaxın ərazidə neft məhsullarının saxlanması terminalının tikintisinə dair memorandum imzalayıb.

“İki sahil”in Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə "Naftogaz Ukrayna" Milli Səhmdar Şirkətinin İdarə Heyətinin səlahiyyətlərini icra edən rəhbəri Sergey Fedorenko "Facebook" hesabında məlumat verib. "Rusiyanın enerji infrastrukturuna fasiləsiz hücumları şəraitində tədarük marşrutlarının şaxələndirilməsi və döyüş zonasından kənarda əlavə saxlama güclərinin yaradılması bütün bazarın sabitliyi məsələsidir", – deyə o, bildirib.

Fedorenko qeyd edib ki, neft məhsullarının saxlanması üçün yaradılacaq bu əlavə imkanlar təkcə Ukraynadakı istehlakçıların enerji təchizatının etibarlılığını artırmayacaq, həm də Ukrayna ilə Macarıstan arasında transsərhəd enerji infrastrukturunun qarşılıqlı faydalı inkişafına töhfə verəcək.