20 sentyabr 2026 19:14
115

Tramp İranla bağlı qərarvermə mərhələsində olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün addımlar barədə qərarvermə mərhələsində olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Donald Tramp bunu “Fox News”un müxbiri Trey Yinqstə müsahibəsində deyib. “Çox da uzaq olmayan gələcəkdə böyük hadisələr baş verəcək”, – deyən ABŞ Prezidenti hazırda İranla bağlı ölkəni məhv etmək, iqtisadi cəhətdən tənəzzülə uğramasına imkan vermək və ya razılaşma əldə etmək kimi üç variantın nəzərdən keçirildiyini bildirib. ABŞ Prezidenti BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşə biləcəyini də ehtimal edib.