19 sentyabr 2026 22:17
131

"Sabah" ardıcıl beşinci qələbəsini qazanıb

"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

“İki sahil” xəbər verir ki,  komanda VI turda "İmişli"ni məğlub edib. Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb. Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb. Ehtiyatda bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə"ni üstələyib - 1:0.

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0) məğlub edib.